Bakıda 14 yaşlı qız yoxa çıxdı: İdmana gedib və...

Bakıda 14 yaşlı qız yoxa çıxdı: İdmana gedib və...
SOSİAL
13:13 08.08.2018
5413
Bakıda azyaşlı qız itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, E. Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR