Bakıda 15 yaşlı oğlan dostunu qəbirstanlığa aparıb, öldürdü

Bakıda 15 yaşlı oğlan dostunu qəbirstanlığa aparıb, öldürdü
Bütün Xəbərlər
11:20 15.06.2013
1811
Bakıda qəbiristanlıqda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, Komsomol dairəsinin yaxınlığında yerləşən qəbiristanlıqda qeydə alınıb. 1997-ci il təvəllüdlü Elzay Vaqif oğlu Zeynalov tanışı 1995-ci il təvəllüdlü Nahid Qədir oğlu Kərimovu bıçaqlayaraq qətlə yetirib.

Hazırda E. Zeynalovun tutulması istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR