Bakıda 15 yaşlı qız altı gündür yoxa çıxdı

Bakıda 15 yaşlı qız altı gündür yoxa çıxdı
SOSİAL
09:50 14.06.2024
90
Bakıda yeniyetmə qız itkin düşüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

15 yaşı bu ilin iyul ayında tamam olacaq A.Muradzadə iyunun 8-də Kamil Balakişiyev küçəsində yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb.
Bildirilir ki, A.Muradzadə nənəsi ilə birgə yaşayırmış.

Faktla bağlı Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR