Bakıda 17 yaşlı gənc itkin düşüb

Bakıda 17 yaşlı gənc itkin düşüb
SOSİAL
22:04 08.09.2018
4221
Bakıda gənc oğlan itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hacıyev küçəsi, 49-da yaşayan 1972-ci il təvəllüdlü Sadıqov Emin Bəxtiyar oğlu Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müraciət edərək onunla eyni ünvanda yaşayan oğlu, 2001-ci il təvəllüdlü Sadıqov Rəsul Emin oğlunun sentyabrın 4-də evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı 4-cü polis bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR