Onu qanın içində valideynləri tapıb.
Bakının Xəzər rayonu ərazisində 18 yaşlı oğlan özünü öldürmək fikrinə düşüb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün saat 19:20 radələrində Pirallahı qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü C.M. evdə damarlarını doğrayıb. Onu qanın içində, huşsuz vəziyyətdə valideynləri tapıb. Gənc dərhal xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, oğlanın intihar etməsinə səbəb nakam sevgi məsələsi olub. Faktla bağlı araşdırma başlanıb.