Bakıda 18 yaşlı qız özünü dənizə atdı

SOSİAL
17:55 10.03.2022
436
Bakıda intihara cəhd olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda baş verib. 2004-cü il təvəllüdlü qız özünü dənizə atıb. O, yaxınlıqdakı şəxslərin köməyi ilə dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, intihara cəhd edən şəxs mərkəzə gətirilib. İlkin tibbi yardım göstəriləndən sonra vəziyyəti stabil olduğundan evə buraxılıb.

OXŞAR XƏBƏRLƏR