Bakıda 19 yaşlı qız avtomobil qaçırdı

Bakıda 19 yaşlı qız avtomobil qaçırdı
SOSİAL
13:19 04.11.2016
933

Avtomobil oğurlamış 19 yaşlı qız saxlanılıb. 

AZXEBER.COM  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.

Avtomobili idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR