Avtomobil oğurlamış 19 yaşlı qız saxlanılıb.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 3-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən Bakı şəhər sakini Natiq Zülfüqarova məxsus "Mercedes" markalı avtomobil qaçırılıb.
DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən həmin avtomobilin Q.Qarayev prospektində hərəkətdə olması aşkar edilib və Bakı BPİ DYPİ əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb.
Avtomobili idarə edən Bakı şəhər sakini, 19 yaşlı Aygün Hüseynova və avtomobil 15-ci PB-yə təhvil verilib.