Bakıda 2 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

Bakıda 2 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi
SOSİAL
12:16 08.07.2021
265
Bakıda fəaliyyət göstərən iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq iki müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Belə ki, bu gündən 39 (Parlament prospekti/Şəhidlər xiyabanı-Yeni Yasamal "Qismət”Ş/s) nömrəli marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilərək Parlament prospektinə (Şəhidlər Xiyabanı) qədər, 169 (Binə Atçılıq-Ulduz m/st.) nömrəli marşrut xəttinin hərəkət istiqaməti "Koroğlu” NMM-dən keçməklə təşkil edilib. Həmçinin dəyişikliyə əsasən, marşrut xətti Binə Atçılıq yaşayış sahəsində "Badamlıq” adlanan əraziyə fəaliyyət göstərəcək.

Həmin ərazidə məskunlaşan və marşrut xəttindən istifadə edən vətəndaşlar "Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaqdır.
OXŞAR XƏBƏRLƏR