Ötən gecə Binəqədi rayonu Azadlıq prospektində yerləşən tuneldə də iki avtomaşının toqqşuşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu qəza zamanı Elxan Malimova məxsus “Mercedes” markalı avtomaşınla Fazil Quliyevin idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi toqquşub.Yol nəqliyyat hadisəsinin əsəbələrini müəyyən etmək məqsədi ilə başlanan araşdırmalar davam etdirilir.Qeyd edək ki, bu qəza Azadlıq prospektinin tunellə birləşən hissəsində yolda qazıntı işlərinin aparılması səbəbindən baş verib. Belə ki, qəzadan əvvəl sürücü Fazil Quliyev qazıntı işlərinin tunelin üzü şəhər istiqamətinə doğru gedən hissəsində də aparıldığı zənn edərək qarşı yola çıxıb. Bu zaman da qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub.