Bakıda 2 nəfər dəm qazından boğuldu

Bakıda 2 nəfər dəm qazından boğuldu
SOSİAL
10:34 27.11.2019
2939
Bakıda 25 yaşlı qız dəm qazından boğulub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb. 

Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bakıda daha bir nəfər dəm qazından boğulub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR