Bakıda 2 rəfiqənin uşaq davası qanla bitdi

DÜNYA
13:10 08.03.2013
2344
Bakının Nizami rayonu ərazisində yeddi ilin rəfiqələri bir anda düşmən olublar.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, adi mübahisə üstündə onlardan biri bıçağa əl atıb.
Martın 7-də Naxçıvanski küçəsində yaşayan 26 yaşlı Samirə Məmmədova qan içərisində 3 saylı Klinik Xəstəxanaya çatdırılıb. O, polis əməkdaşlarına bir yerdə yaşadığı rəfiqəsi Validə Abbasova tərəfindən bıçaqlandığını deyib.
V.Abbasova Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub. Validə ilkin ifadəsində deyib ki, Samirə ilə yeddi ildir rəfiqədir və bir yerdə yaşayırlar.
Dünən evə gələn zaman Samirənin uşağının onun yerində yatdığını görüb. Samirədən uşağını onun yerindən götürməsini tələb etsə də, onun sözünə məhəl qoyulmayıb. Bunun üstündə Samirə ilə mübahisə edib və bıçaqla onu vurub.
Hər iki qadının tufeyli həyat tərzi keçirdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR