Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı - Təcili yardım gecikdi

Bakıda 2 uşaq anası özünü 5-ci mərtəbədən atdı - Təcili yardım gecikdi
SOSİAL
12:49 25.10.2018
4326
Bakının mərkəzində səhər saatlarında intihara cəhd hadisəsi qeydə alınıb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, paytaxta gənc qadın yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Ağrı-acı içində yerdə çabalayan qadın üçün hadisə şahidləri dərhal təcili yardıma zəng etsələr də, yardım gec gəlib. Ağır vəziyyətdə olan qadını necə gəldi təcili yardım maşınına qoyan tibb işçilərinin bu addımı bina sakinlərini bərk qəzəbləndirib.

Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qadının 2 övladı olduğu deyilir. 

Gənc xanımın son vəziyyəti barədə məlumat əldə etməyə çalışırıq.
OXŞAR XƏBƏRLƏR