Bakıda 2 yaşlı uşaq qəfil öldü

SOSİAL
17:50 16.10.2024
285
Bakıda azyaşlı qız qəfil vəfat edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.

Saat 09 radələrində 2022-ci il təvəllüdlü L.Manafova yaşadığı Hövsan qəsəbəsindəki evdə olarkən halı pisləşib və dünyasını dəyişib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR