Bakıda 20 yaşlı Aytacı keçmiş əri küçənin ortasında bıçaqladı

Bakıda 20 yaşlı Aytacı keçmiş əri küçənin ortasında bıçaqladı
SOSİAL
09:36 20.12.2023
352
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Zeynalova Aytac Vüqar qızı küçədə keçmiş əri ilə üzləşib.

Ər ona hücum edərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, hadisə şahidlərinin verdiyi məlumata görə, keçmiş ər A.Zeynalovanı başqa bir şəxslə parkda görüb.

Bundan hiddətləndiyindən o, Aytacı bıçaqlayıb.
OXŞAR XƏBƏRLƏR