Bakıda 20 yaşlı gənc həbs olunmaq üçün oğurluq etdi

Bakıda 20 yaşlı gənc həbs olunmaq üçün oğurluq etdi
SOSİAL
14:28 19.10.2016
3548
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, 20 yaşlı gənc paytaxtətrafı kənd və qəsəbələrdə müxtəlif markalı avtomobillərdən akkumulyator oğurladığını etiraf edib.

Məlumata görə, hadisəni törədən Sabirabad rayon sakini 20 yaşlı Fərid Nəsirli Xəzər Rayon Polis İdarəsinə (RPİ) aparılıb. O istintaqa ifadəsində bildirib ki, son bir ay ərzində Xəzər rayonunun Talışlar məhəlləsi, Südçülük sovxozu, Mərdəkan qəsəbəsindən əsasən "VAZ 2106" , "VAZ 2107" markalı avtomobillərə məxsus 8 ədəd akkumulyator oğurlayıb. F.Nəsirli qarət zamanı yalnız dəmir parçasından istifadə edib. Əvvəllər iki dəfə məhkum olunan gənc istintaqa ifadəsində əvvəlki məhkumluq müddətində tam islah olunmadığını deyib. Buna görə də o, "tam islah olunmaq" üçün 5 və ya 6 il həbsdə qalmaq istədiyini söyləyib: "Məhz buna görə də oğurluq əməllərini törətdim. 

Oğurluqlar etdim ki, azı beş il həbs cəzası alıb "içəridə" islah olunum", - deyə, Nəsirli istintaqa ifadəsində əlavə edib.

Qeyd edək ki, F.Nəsirlinin anası xərçəng xəsətəliyindən əziyyət çəkdiyi üçün Türkiyədə müalicə olunur. Atası isə Rusiya Federasiyasında yaşayır. F.Nəsirlinin ailəsi ondan oğurluq əməlləri törətdiyi üçün üz döndərib.

Report.az 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı