Bakıda 21 yaşlı qız 4 aydır yoxa çıxıb - FOTO

Bakıda 21 yaşlı qız 4 aydır yoxa çıxıb - FOTO
SOSİAL
16:25 27.02.2019
3988
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Dadaşova Brilyant Gəray qızı itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, B.Dadaşova noyabr ayında Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, xanım bundan əvvəl də bir neçə dəfə evdən gedib, ancaq bir müddətdən sonra geri qayıdıb.

Bu dəfə isə uzun müddət yoxa çıxdığından onlar polisə müraciət ediblər.
 

 


OXŞAR XƏBƏRLƏR