Bakıda 23 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda 23 yaşlı gənc küçədə bıçaqlandı
SOSİAL
10:06 06.03.2019
1855
Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 484 ünvanının qarşısında rayon sakini, 1996-cı il təvəllüdlü Eldarov Xıdır Ceyhun oğlu naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR