Bakıda qadından inanılmaz addım: Ərinin qətlini təşkil etdi, 4 nəfər...

Bakıda qadından inanılmaz addım: Ərinin qətlini təşkil etdi, 4 nəfər...
SOSİAL
12:10 19.03.2023
1636
Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum olub.

Bu barədə AZXEBER.COM-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR