Metronun “Koroğlu” stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan 23 yaşlı Vüsal Budaqov ötən gecə elə iş başında bıçaqlanıb. Naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alan zərərçəkən hadisə şahidlərinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Zərərçəkmiş, Mərdəkan qəsəbəsinə aparmaq üçün müştəri gözlədiyi bir vaxtda tanımadığı bir nəfərin ona söz atdığını deyib. Elə bundan sonra da tərəflər arasında mübahisə yaranıb.