xari

Bakıda 25 yaşlı qız özünü binadan atdı

SOSİAL
10:59 01.04.2021
4154
Pirallahı rayonunda intihara cəhd hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, rayonun Səməd Vurğun küçəsində yaşayan 1996-ci il təvəllüdlü Zeynalova Fatimə Yusif qızı binanın 6-cı mərtəbəsində yataq otağının pəncərəsindən özünü yerə atıb.

O, təcili tibbi yardım xidmətinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata görə, F.Zeynalovanın vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR