Bakıda 27 yaşlı qadın amansızlıqla qətlə yetirilib

KRİMİNAL
11:20 27.12.2013
1199
Bakıda 27 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən yataqxanada Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımova naməlum şəxs tərəfindən başı kəsilərək qətlə yetirilib. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR