Bakıda 28 yaşlı qadın marketdən oğurluq etdi

KRİMİNAL
09:46 14.05.2020
1351
Bakıda marketin kassası qarət olunub.

Hadisə Nəsimi rayonu, S.Vurğun küçəsindəki marketdə baş verib.

Marketdə işləyən Bakı şəhər sakini N.Novruzovun kassasından 150 manat pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 28 yaşlı L.Şiveyeva müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Trend

OXŞAR XƏBƏRLƏR