Bakıda 3 metro stansiyası tikiləcək

Bakıda 3 metro stansiyası tikiləcək
SOSİAL
11:06 22.09.2016
1324
Bakıda Ağ şəhər ərazisində 3 metro stansiyası tikiləcək.
 
Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, Metropolitenin Konseptual inkişaf Sxeminə əsasən "Yaşıl xətt"in davamı olaraq tikilməli olan 3 stansiya həmin əraziyə düşür: "Stansiyalar metronun "Xətai" stansiyası ilə tikilməkdə olan "Həzi Aslanov-2" stansiyaları arasında, Nobel prospekti boyunca olacaq. Stansiyaların şərti adları Y14, Y15 və Y16-dır.
 
Hazırda Y-15 stansiyasında tunel tikintisini həyata keçirmək üçün hazırlıq işləri görülür".
OXŞAR XƏBƏRLƏR