Bakıda 3 polisi xəsarət yetirən şəxs özünə də bıçaqladı
Bütün Xəbərlər
08:03 13.12.2012
886
Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində Xəzər rayon polis idarəsinin 3 əməkdaşı bıçaqlanıb. Qeyd edək ki, hadisə zamanı polislər 33 yaşlı cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Ramin Eynalovu yaxalamaq istəyirmiş. Amma qəfildən Raminin polislərin üstünə bıçaq çəkməsi vəziyyəti bir qədər çətinləşdirib. 3 polis əməkdaşına bıçaq xəsarəti yetirəndən sonra isə Ramin əlində olan bıçaqla özünə də bir neçə zərbə endirib.Hadisədən sonra yaralı polislər və cinayəti törədən Ramin Eynalov 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Polislərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. Cinayəti törədən Ramin Eynalovun müalicəsi isə xəstəxanada davam etdirilir.Faktla bağlı Xəzər rayon polis idarəsi və prokurorluğunda araşdırma başlanılıb. Qanlı hadisənin təfərrüatları isə istintaqın sonunda bəlli olacaq.