Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı
SOSİAL
21:37 18.07.2018
15665

"Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar”. 

AZXEBER.COM xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər”.

Ekspert ötən il orta məktəblərə təyin olunan onlarla direktorun daha sonra öz ərizələri ilə işdən çıxdığını vurğulayıb: "Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb”.

K.Əsədov pedoqoji fəaliyyəti olmayan ali təhsilli bacarıqlı başqa ixtisas sahiblərinin direktor olması məsələsinə də toxunub. Onun sözlərinə görə, direktor olmaq istəyənlərin sırf pedoqoji fəaliyyətinin olması önəmli deyil: "Ali təhsilli şəxs istər baytar olsun, istərsə də həkim olsun, əsas odur ki, onda menecerlik bacarığı olmalıdır. Çünki burada söhbət onun dərs aparmasından getmir, müəssisəni idarə etməsindən gedir. Ona görə də, direktorluq biliklər əsasında deyil, bacarıqlar əsasında müəyyən edilməlidir. Ona görə də direktorların idarəçilik bacarıqları olmalı və onlar məktəbə pul gətirməli və pul qazandırmalıdır. Təəssüf ki, direktorların məktəbə pul qazandırmasını deyəndə onların rüşvət alması kimi başa düşülür. Xeyir, bu, belə deyil. Bu gün ümumtəhsil məktəbləri dövlətdən maliyyələşir. Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət”.

"Ona görə də hesab edirəm ki, direktor olmaq üçün sırf müəllimlik ixtisasına sahib olmağa ehtiyyac yoxdur. Əsas idarəetmə bacarığına və menecerlik fəaliyyətinə önəm verilməlidir ki, müəssisəyə qazanc gətirilsin” deyə, K.Əsədov əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq