Bakıda 32 yaşlı polisi maşın vurdu

SOSİAL
10:25 20.09.2019
2913
Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən verir ki, minik avtomobili metronun "Gənclik" stansiyasının yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında xidmət aparan və Çevik Polis Alayının əməkdaşı, 1987-ci il təvəllüdlü Ağayev Vüsal Elsevər oğlunu vuraraq qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır

OXŞAR XƏBƏRLƏR