Bakıda 33 yaşlı kişi cərrahiyyə əməliyyatı vaxtı öldü

Bakıda 33 yaşlı kişi cərrahiyyə əməliyyatı vaxtı öldü
SOSİAL
21:20 06.08.2022
845

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR