Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

SOSİAL
22:09 17.12.2024
260
Bu gün saat 20 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində 1991-ci il təvəllüdlü qadın başına daşla vurularaq qətlə yetirilib. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə E.İbrahimovanı qətlə yetirməkdə şübhəli bilinən tanışı, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR