Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Şükürov Ramin Zakir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona hər iki pəncənin aşıq-baldır oynağının əziyi diaqnozu qoyulub.