Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı

Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı
SOSİAL
23:22 16.09.2019
7253
Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM trend-ə  istinadən  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR