Ötən gün Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
AZXEBER.COM bildirir ki, bu barədə qafqazinfo-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, II Zeytun küçəsi 285 nömrəli evdə yaşayan 1980-ci l təvəllüdlü Sadıqov Emin hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Polis və prokurorluq orqanları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyit ekspertizaya göndərilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.