Bakıda 38 yaşlı kişi öldürüldü - Qadın tutuldu

Bakıda 38 yaşlı kişi öldürüldü - Qadın tutuldu
HADİSƏ
10:23 30.05.2024
1065
Bu gün saat 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində qətl törədilib.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR