Bakıda 38 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Bakıda 38 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb
HADİSƏ
10:06 16.11.2016
1691
Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 38 yaşlı Xatirə Faiq qızı Bilalova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, huşsuz vəziyyətdə yol kənarında aşkar edilib. Əraziyə gələn polis əməkdaşları yaralını dərhal xəstəxanaya yerləşdiriblər. X. Bilalovanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR