Bakıda 39 yaşlı kişi intihar etdi

Bakıda 39 yaşlı kişi intihar etdi
SOSİAL
13:44 20.05.2020
667
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 19-da, saat 18:00 radələrində Zabrat qəsəbəsinin 1981-ci il təvəllüdlü sakini Anar Əlizadə yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbi hələlik müəyyən edilməyib.

Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.
OXŞAR XƏBƏRLƏR