Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı

Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı
SOSİAL
11:55 09.07.2026
135
Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonlarında 4 avtomobildən pul və mobil telefon oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən Q.Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisində başqa bir şəxsə məxsus avtomobilə ziyan vurduğu da müəyyən olunub. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə heroin də aşkar edilərək götürülüb. 

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR