Bakıda 4 nəfər intihar etmək istədi - FHN əməkdaşları xilas etdi

Bakıda 4 nəfər intihar etmək istədi - FHN əməkdaşları xilas etdi
SOSİAL
20:16 15.08.2018
4032
Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihara cəhd ediblər.

Azxeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.
OXŞAR XƏBƏRLƏR