Bakıda 4 yaşlı uşaq yanaraq öldü

Bakıda 4 yaşlı uşaq yanaraq öldü
SOSİAL
16:57 07.11.2016
4767
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə ölüb.

Hadisə bu gün Qobustan qəsəbəsində qeydə alınıb.

Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, qəsəbə sakini, 2012-ci il təvəllüdlü Sərxan Fazil oğlu Quliyev yaşadığı evin həyətindəki hamamda qabda olan benzini yerə tökərək yandırıb.

Nəticədə uşağın bədənini alov bürüyüb. Valideynləri alovu söndürüb uşağı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır. 
///APA
OXŞAR XƏBƏRLƏR