Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb

Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb
KRİMİNAL
12:06 16.11.2016
1571
Bakıda 40 yaşlı kişi yaşadığı evdə bıçaqlanıb.
 
AZXEBER.COM-un xəbərinə görə, hadisə Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən Şəfəq düşərgəsində baş verib.
 
Orada yaşayan 1976-ci il təvvəllüdlü Elbrus Rüstəmov yaşadığı evdə bıçaqlanıb. Ağır xəsarət alan E.Rüstəmov Sumqayıt Travmatologiya Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Rüstəmovun vəziyyəti ağırdır.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR