Bakıda 43 yaşlı kişi kəskin ağciyər-ürək çatışmazlığından öldü

Bakıda 43 yaşlı kişi kəskin ağciyər-ürək çatışmazlığından öldü
SOSİAL
14:33 03.02.2020
1419

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, yanvarın 30-da təcili tibbi yardım maşını ilə prekomatoz vəziyyətində Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə Ağciyər İnstitutuna gətirilib.

Həkimlər tərəfindən xəstəyə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.

Xəstə bu gün səhər saatlarında kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.

TƏBİB ölüm faktını Oxu.Az-a tsdiqləyib.

Qeyd edək ki, bu, yanvarın 15-dən indiyədək institutdakı doqquzuncu ölüm hadisəsidir.

OXŞAR XƏBƏRLƏR