Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, yanvarın 30-da təcili tibbi yardım maşını ilə prekomatoz vəziyyətində Şəki rayon sakini, 1977-ci il təvəllüdlü xəstə Ağciyər İnstitutuna gətirilib.
Həkimlər tərəfindən xəstəyə ağciyərlərin infiltrativ vərəmi dağılma mərhələsi VMB (+), kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.
Xəstə bu gün səhər saatlarında kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
TƏBİB ölüm faktını Oxu.Az-a tsdiqləyib.
Qeyd edək ki, bu, yanvarın 15-dən indiyədək institutdakı doqquzuncu ölüm hadisəsidir.