Bakıda 45 yaşlı kişi yanaraq öldü

Bakıda 45 yaşlı kişi yanaraq öldü
SOSİAL
10:23 08.11.2016
720
Bakıda 45 yaşlı kişi yanaraq ölüb.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 7:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

OXŞAR XƏBƏRLƏR