Bakıda 46 nömrəli avtobusda yanğın - ANBAAN VİDEO

SOSİAL
14:05 21.07.2023
801
Bakıda 46 nömrəli sərnişin avtobusunda yanğın hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Yanğın zamanı sərnişinlər təxliyyə olunub. Xəsarət alanların olmadığı deyilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.

Həmin görüntüləri təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR