Bakıda 46 yaşlı kişi sevgilisi tərəfindən öldürüldü

Bakıda 46 yaşlı kişi sevgilisi tərəfindən öldürüldü
SOSİAL
14:33 19.08.2025
315
Bakıda 46 yaşlı kişi qətlə yetirilib.

Avqustun 19-da saat 02 radələrində paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.
 
report
OXŞAR XƏBƏRLƏR