Bakıda 47 yaşlı kişinin meyiti tapıldı

SOSİAL
10:21 15.08.2016
1338
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AZXEBER.COM-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1969-cu il təvəllüdlü Orişin Oleq Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR