Bakıda 49 yaşlı kişi intihar edib.
AZXEBER.COM-un Report-a istinadla məlumatına görə, hadisə noyabrın 9-da Nəsimi rayonu C.Məmmmədquluzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Həşimov Qurban Səməndər oğlu yaşadığı evin həyətində olan çardaqdan özünü asıb.
Faktla bağlı araşdırma aparılır.