Bakıda 50 yaşlı kişi ehtiyatsızlıq nəticəsində dünyasını dəyişdi

Bakıda 50 yaşlı kişi ehtiyatsızlıq nəticəsində dünyasını dəyişdi
16:26 19.03.2013
1287
Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Salyan yolu şossesi, 32 ünvanında yerləşən daş karxanasında qeydə alinib. Həmin obyektin sahibi, 1963-cü il təvəllüdlü Həmidov Səfa Sənan oğlunun üzərinə ehtiyatsizlıq nəticəsində iri daşlar tökülüb.İri və ağır mişar daşının altında qalmış Səfa Həmidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bundan sonra əraziyə rayon polis idarəsinin və prokurorluğun əməkdaşları gəlib. Hadisə yeri müayinə edilib. Səfa Həmidovun həyatına bais olan bədbəxt hadisənin dəqiq olaraq hansı şəraitdə baş verməsi hələlik bilinməsə də, onun ehtiyatsızlıq nəticəsində dəzgaha boşaldılan daşların altında qaldığı ehtimal olunur. Faktla əlaqədar araşdırmalar aparılır. //anspress
OXŞAR XƏBƏRLƏR