Bakıda 52 yaşlı kişi səkkizinci mərtəbədən yıxılaraq ölüb

KRİMİNAL
14:20 11.05.2020
914

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində may ayının 10-da Ramiz Hüseynov (1968-ci il təvəllüdlü) doqquzmərtəbəli binanın səkkizinci mərtəbəsindəki mənzilinin pəncərəsindən yıxılaraq həlak olub.

 

İlkin məlumatlara görə, kişi psixi pozğunluqdan əziyyət çəkib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları olayın bədbəxt hadisə olduğuna dair ehtimalına üstünlük versələr də, intihar olması da istisna edilmir.

Faktla bağlı istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR