Bakıda 58 yaşlı kişi gəmidə öldü

Bakıda 58 yaşlı kişi gəmidə öldü
SOSİAL
21:46 09.04.2019
5195
Bakıda gəmidə ölüm hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib.

Xəzər Dəniz Neft Donanmasına məxsus "Kunarçay" gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR