Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb

KRİMİNAL
18:05 29.02.2024
614
Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR